4 Noyabr 2014 09:00
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı döyüşçüləri tərəfindən qaçırılan 234 yezidi kürd azad edilib.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bu barədə İraqdakı qaçqınlarla iş üzrə komissiyanın sədri Nuri Osman məlumat verib.

Onun sözlərinə görə, Şimali İraqdakı Kürdüstan Regional Rəhbərliyi bəzi əsirlər üçün fidyə ödədiyi halda, qalan şəxslər kürd qüvvələri tərəfindən azad edilib.

Osman əsirlərin çoxunun evlərinə qayıtdığını deyib. O həmçinin hazırda İŞİD-in əlindəki əsirlərin dəqiq sayının olmadığını da bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər