23 İyun 2021 12:32
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ədliyyə Nazirliyi İran dövlət televiziyasına aid Ərəbcə və İngiliscə yayımlanan bəzi internet saytlarına qadağa qoyduqlarına dair iddiaları təsdiq edib.

Teleqraf.com xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi məhkəmə qərarına əsasən İran Radio və Televiziya Birliyi tərəfindən qurulan 33 internet saytı, habelə Hizbullah tərəfindən idarə edilən 3 saytın ABŞ sanksiyalarından kənara çıxdığı üçün müsadiə edildiyini elan edib.

ABŞ Xarici Varlıqların Mühafizəsi İdarəsi 2020-ci ilin 22 oktyabrında İran İnqilab Keşikçiləri Qüds briqadası tərəfindən idarə olunan İRTVA-nın sanksiya siyahısına salınmasına diqqət çəkərək bu siyahıdakı qurum və təşkilatların yayım hüququndan faydalana bilməyəcəyini qeyd edib.

Açıqlamada bildirilib ki, müsadirə edilən veb saytlar ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Ofisi, İxracat Təcrübləri Bürosu və Federal Təhqiqatlar Bürosu tərəfindən araşdırılıb.

Qeyd edək ki, bir müddət əvvəl İranın “Fars” xəbər agentliyinin məlumatında dövlət televiziyasına aid olan və ingiliscə yayım həyata keçirən “Press TV” və ərəbcə yayımlanan “Al Alam”, habelə Yəməndə Husilərin nəzarətində olan “Al Mesira” kanallarının internet saytlarının domenlərinin ABŞ tərəfindən müsadirə edildiyi açıqlanmışdı.


Müəllif: Cavad

Oxşar xəbərlər