4 Noyabr 2014 18:26
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransalı alimlər AİDS-lə mübarizədə yenilik əldə ediblər.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, koalalar üzərində aparılan araşdırmada onlarda İİV-ə bənzər virusa müqavimət yaradacaq üsulu əldə ediblər. Bu üsulla virus DNT-də təsirsiz hala düşür. Alimlər bu üsulun İİV-də də tətbiq edilməsinin mümkünlüyünü bildiriblər.

İİV daşıyıcısı olan, lakin xəstəliyin əlamətləri görünməyən 2 nəfərin gen xətirəsini araşdıran alimlər, genlərdə yaranan bəzi dəyişiklik nəticəsində virusun çoxalmadığını və onu təhlükəsizləşdirməyin mümkün olduğunu bildiriblər.


Virusun DNT-də qaldığını və xəstələrin sağaldığını müəyyən edən alimlər bunun səbəbini də araşdırıblar.

Onların araşdırmasına görə, apobec adlı fermet virusun genlərə işləyərək AİDS xəstələrini sağaldır.


Müəllif:

Oxşar xəbərlər