3 İyul 2021 11:50
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas Əfqanıstanın şimalındakı vəziyyətin getdikcə pisləşdiyini və ciddi narahatlığa səbəb olduğunu bəyan edib.

Teleqraf.com xəbər verir ki, o deyib:

“Əfqanıstanda situasiya gerçəkdən pisləşir. Mən bunun katastrofik olduğunu demirəm, yox, amma oradakı vəziyyət, əlbətdə, ciddi narahatlıq doğurur”.

“KTMT Əfqanıstanla ümumi sərhədin təhlükəsizliyini təmin etmək üçün Tacikistana yardım göstərilməsinin vacibliyini qeyd edir”, - deyə Zas bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər