5 İyul 2021 11:03
2 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Senatının Müdafiə Komitəsi Pilotsuz Uçuş Aparatlarının (PUA) hazırlanmasına dair hesabat hazırlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Ouest-France” məlumat yayıb.

Fransa parlamentinin Müdafiə Komitəsi tərəfindən hazırlanan hesabatda Türkiyə istehsalı olan PUA-lara xüsusi vurğu edilib.

Hesabatda Fransanın dron müharibəsinə hazır olmasının vacibliyi önə çəkilir.

PUA-lara qarşı mübarizənin də yer aldığı hesabatda ölkədə 2019-cu ildən bu yana müəyyən işlərin görüldüyü və Fransa Silahlı Qüvvələrinin 2025-ci ildə qədər bir neçə min təyyarəsinin (PUA) olacağı bildirilib.

Hesabatda Türkiyə PUA-larının 2020-ci ildəki Qarabağ savaşı deyil, eyni zamanda 2019-cu ilin sentyabrında Liviya müharibəsində və 2020-ci ilin martında Suriyanın şimalındakı əməliyyat daxil olmaqla bir çox sınaqdan çıxdığı, bu müharibələrdə taktiki olaraq dronlardan istifadə edildiyi xatırladılıb.

Qeyd edilib ki, İsrail və Çin kimi Türkiyə də dronların böyük ölçüdə istehsalı və ixracatında mühüm mövqeyə sahibdir.

Hesabatda PUA-ların 2017-ci ildə 400 mindən 2,5 milyona çatdığı xatırladılıb və dronlara qarşı mübarizənin prioritet olduğu bildirilib.


Müəllif: Cavad

Oxşar xəbərlər