7 İyul 2021 20:48
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Tümen şəhərində bankda 3 nəfər girov götürülüb.

Teleqraf.com xəbər verir ki, bank ofisinin olduğu binadan 50 nəfər təxliyə edilib.

Məlumata görə, üç nəfəri girov götürən şəxsin kimliyi və hər hansı bir tələbinin olub-olmadığı bəlli deyil.

Polis cinayətkarın çantasında təhlükəli bir şey olduğunu iddia edərək bankdan pul tələb etdiyini və iki bank əməkdaşının içəridə olduğunu deyib.


Müəllif: Cavad

Oxşar xəbərlər