İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor rusiyalı həmkarı Həbib Nurməhəmmədovu siçovulla müqayisə edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə İnstaqramda yazıb.
Onun fikrincə, rusiyalı həmkarı idmana heç nə qazandırmayıb:
“Siçovul kimi quyruğunu ayaqları arasında tutub qaçdığına görə təəccüblənmirəm. Artıq maraqlı deyil”.
Konor artıq Həbiblə maraqlanmadığını söyləyib.
Makqreqor 2018-ci ilin payızında keçirilən döyüşdə Nurməhəmmədova məğlub olub.
Rusiyalı döyüşçü karyerasını başa vurub. O, 29 döyüşün hamısında qələbə qazanıb. Makqreqor isə keçirdiyi 27 döyüşün 22-də qələbə qazanıb, beş dəfə məğlub olub.
İrlandiyalı iyulun 11-də Dastin Poryerlə döyüşəcək.