Ermənistanda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində karantin rejiminin müddəti daha 6 ay uzadılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan səhiyyə naziri səlahiyyətlərini icra edən Anait Avanesyan məlumat verib.
O bildirib ki, karantinlə bağlı hökumətə təqdim edilən layihənin bu gün qəbul olunacağı gözlənilir.
Qeyd edək ki, Ermənistanda karantin rejimi sonuncu dəfə bu il yanvarın 11-də iyulun 11-dək uzadılıb.