Bəşər Əsəd rejimi və dəstəkçisi olan İran nəzarətindəki silahlı qruplaşmalar İdlibdə atəşkəsi pozaraq yaşayış məntəqələrinə hücum edib.
Teleqraf.com xəbər verir ki, hücum zamanı ölən və yaralananlar var.
Məlumata görə, Hamanın şimal qərbində - Kurin yaxınlığındakı Əsəd gücləri İdlibin cənubunda - M4 quru yolundakı Himeymet və Hamanın qərb hissəsindəki Kileydin, Zekkun və Kastun kəndlərinə silahlı hücum edib.
Hücum zamanı bir qız uşağı vəfat edib, iki uşaq yaralanıb.