Radikal “Taliban” hərəkatının üzvlərinin Əfqanıstanda hakimiyyəti ələ keçirəcəkləri qaçılmazdır.
Teleqra.com xəbər verir ki, bu barədə Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Teleqram kanalında yazıb.
Siyasətçinin sözlərinə görə, ABŞ-da taliblərin sovet qoşunlarına qarşı mübarizə üçün məhz onlar tərəfindən yaradıldığını unudublar.
“Bizim hərbçilərimiz oradan çıxdı, taliblər qaldı. İndi isə dünya onları Əfqanıstan hökuməti kimi tanımalı olacaq”, - Jirinovski qeyd edib.
O bildirib ki, Rusiya dövlətin yeni hakimiyyətinin rəyini nəzərə almalı olacaq.
“Bizim ölkəmiz bu islam respublikasına kimin rəhbərlik edəcəyi ilə hesablaşmaq məcburiyyətindədir”, - Jirinovski deyib.
Əfqanıstan hökumətinin ABŞ əsgərlərinin ölkədən çıxmasından sonra yıxılacağı fikri dünya siyasətçiləri və hərbi ekspertlər tərəfindən dəfələrlə səsləndirilib. Bununla belə respublika prezidenti Əşrəf Qani çətin dövrə baxmayaraq, ölkənin “Taliban”ın hücumuna qalib gələ biləcəyinə əmindir.