Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin partiyası Vahid Milli Hərəkat dövlət başçısı Georgi Marqvelaşvilini ölkədəki siyasi böhranla əlaqədar parlamentin fövqəladə iclasını keçirməyə çağırıb.
Teleqraf.com-un Gürcüstan KİV-ə istinadən verdiyi məlumata görə, Vahid Milli Hərəkatın deputatı, keçmiş Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət naziri Georgi Baramidze mətbuat konfransında deyib ki, ölkədəki siyasi böhran başlanğıcını 2012-ci ildən götürür.
Xatırladaq ki, dünən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili müdafiə naziri İrakli Alasaniyanı vəzifəsindən uzaqlaşdırıb. Bunun ardından İrakli Alasaniyanın komandasının üzvləri olan xarici işlər naziri Mayya Pancikidze və Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili müavinləri ilə birgə istefaya getmək qərarını açıqlayıblar.