19 İyul 2021 18:49
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikada bir ailənin evində təşkil etdiyi məclisə hücum zamanı 8 nəfər vəhşicəsinə qətlə yetirilib.

Teleqraf.com xəbər verir ki, hadisə Meksikanın Zakatekas əyalətinin Panuko şəhərində qeydə alınıb.

Şahidlərin dediyinə görə, bir anda parti musiqisi silah səsləri ilə kəsilib, hücum cəmi bir neçə dəqiqə sürüb. Nəticədə altısı kişi və ikisi qadın olmaqla 8 nəfər qətlə yetirilib.

Etimal olunur ki, bu hücum bir gün əvvəl eyni əyalətdə cinayətkar şəbəkəyə qarşı keçirilən əməliyyatla əlaqəli olub. Cinayətkar şəbəkə bu addımla həm şəhər əhalisini qorxudub, həm də hüquq-mühafizə orqanlarından “intiqam” alıb.

Əyalətin polis rəisi Artur lopez bəyan edib ki, silahlı cinayətkar şəbəkələrə qarşı mübarizələrini davam etdirəcəklər.


Müəllif: Cavad

Oxşar xəbərlər