21 İyul 2021 11:16
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hərbi qüvvələri Co Bayden prezident seçildikdən sonra ilk dəfə Somalidə “Əş-Şəbab” qruplaşmasına hava hücumunu həyata keçirib.

Teleqraf.com xəbər verir ki, Pentaqonun sözçüsü Cindi Kinq hava hücumunun paytaxt Moqadişudan təxminən 700 km şimal-şərqdə, Qalkayo bölgəsində həyata keçirildiyini açıqlayıb.

ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı (AFRICOM) hücumları Somali hökuməti ilə koordinasiyalı şəkildə reallaşdırdığını bildirib.

ABŞ-ın Somaliyə son hava hücumu Baydenin andiçmə mərasimindən bir gün əvvəl, yanvarın 19-da baş tutub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər