21 İyul 2021 23:39
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası səbəbindən ABŞ səlahiyyətliləri avqustun 21-dək Kanada və Meksika ilə sərhədləri bağlamaq qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, qadağa ilə bağlı bir sıra istisnalar da nəzərə alınıb.

İstisna yalnız ABŞ vətəndaşlarına, müalicə və təhsil almaq üçün ölkəyə üz tutan əcnəbilərə aid edilir.

Qeyd edək ki. iyulun 20-də Kanadanın İctimai təhlükəsizlik və fövqəladə hallara hazırlıq katibi Uilliam Blair jurnalistlərə açıqlamasında bildirmişdi ki, avqustun 9-dan tam peyvənd olunmuş amerikalılar, sentyabrın 7-dən isə tam peyvənd edilmiş dünyanın digər ölkələrinin vətəndaşları Kanadaya gələ biləcəklər.

Bu arada ABŞ Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən peyvəndləmə prosesinin genişləndirilməsi baxımından son həftələrdə müsbət inkişafın müşahidə olduğu bildirilib. Lakin buna baxmayaraq, COVID-19 infeksiyasının yayılması təhlükə olaraq qalır. Bu səbəbdən müvafiq tədbirlərin görülməsi zəruriliyi vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər