Bolqarıstan Balkanlarda ən uzun tunelin inşasına başlayıb.
Teleqraf.com xəbər verir ki, tunel Sofiya ilə Burqas arasındakı dəmir yolunun bir hissəsi olacaq.
Sofiyadan təxminən 30 kilometr məsafədə bir dağlıq ərazidə yerləşəcək və 6,8 km uzunluğunda olacaq ki, bu da Bolqarıstanın Koznitsadakı ən uzun tunelinin uzunluğundan iki dəfə çox olacaq. Bu layihə 15 ildir inşası davam edən Sofiyadan Burqasa gedən dəmir yolunun modernləşdirilməsinə dair böyük bir layihənin bir hissəsidir.
Layihənin 2030-cu ilə qədər tamamlanacağı nəzərdə tutulub. Tunelin inşası İstanbulda yeni hava limanının inşasında iştirak edən türk şirkətləri tərəfindən aparılır.