29 İyul 2021 22:54
1 636
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Türkiyədə Əfqanıstan ordusu üçün ilk təlim proqramını başladıb.

Teleqraf.com xəbər verir ki, bu, əfqan hərbçiləri üçün NATO-nun təklifi ilə vətənlərindən kənarda həyata keçiriləcək ilk proqramdır.

Əfqan hərbçilər artıq təlim kursları üçün Türkiyəyə gəliblər.

Əfqanıstandakı vəziyyət ABŞ və NATO ölkələrinin mayın 1-də Əfqanıstan ərazilərindən qoşunlarını rəsmi şəkildə geri çəkməyə başlamasından sonra gərginləşib. ABŞ Prezidenti Co Bayden Amerika ordusunun avqustun 31-dək Əfqanıstandan çıxacağını açıqlayıb.

ABŞ və NATO-nun Əfqanıstandan çəkilməsindən sonra Kabil hava limanı və xarici ölkələrin buradakı diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin olunması Türkiyəyə tapşırılıb.

Bəzi məlumatlara görə, radikal Taliban hərəkatının silahlıları ölkə sərhədlərinin 90 faizinə nəzarəti ələ keçirib. İran, Türkmənistan, Tacikistan və Özbəkistanla sərhədlər tam nəzarət altındadır.


Müəllif: Teleqraf.com