2 Avqust 2021 17:56
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın Kumtor qızıl mədəninin fəaliyyəti ilə əlaqədar beynəlxalq axtarışa verilən keçmiş prezident Əsgər Akayev bu gün Bişkekə gətirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “AKİpress” xəbər agentliyi Qırğızıstan Milli Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Məlumatda qeyd edilib ki, təhlükəsizlik xidməti Ə. Akayevi respublikaya gətirməklə onun cinayət məsuliyyətinə cəlb edilməsi baxımından tarixi ədalətin bərpasına yönəlmiş aktiv işlər həyata keçirib.

Akayevin hazırda Milli Təhlükəsizlik Xidmətinhin binasında olduğu, Kumtor yatağı ilə əlaqədar açılmış cinayət işi çərçivəsində dindirildiyi bildirilib.

Qırğızıstan hakimiyyəti iyulun əvvəlində ölkənin keçmiş prezidentləri Əsgər Akayev və Kurmanbek Bakiyevi Kumtor qızıl mədəninin fəaliyyəti ilə əlaqədar korrupsiya iddiası ilə bağlı beynəlxalq axtarışa verib.

Akayev 1991-2005-ci illərdə Qırğızıstana rəhbərlik edib və çevriliş nəticəsində vəzifəsindən uzaqlaşdırılıb. Bundan sonra yaxın vaxtlara qədər yaşadığı Moskvaya gedib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər