Türkiyə ilə yanaşı dünyanın 40-a yaxın ölkəsi yanğınlarla mübarizə aparır.
Teleqraf.com-un xəbərinə görə, iqlim dəyişikliyi nəticəsində planetin bir çox ölkəsində güclü yanğınlar baş verib.
İtaliya, İspaniya, Yunanıstan, ABŞ, Rusiya, Kanada və Avropa ölkələrini 2021-ci ildə bürümüş yanğınlar milyonlarla hektar meşəlik ərazini məhv edib.
Rusiyanın şərqində meşə yanğınları 1 milyon hektar ərazini məhv edib. Rusiya Federal Meşə Agentliyi son 24 saat ərzində 40 nöqtədə baş verən yanğınların nəzarət altına alındığı açıqlayıb. Məlumata görə, 3 avqust tarixindən etibarən 222 nöqtədə ümumi 1 milyon 71 min 845 hektar sahədə meşə yanğınları davam edir. Yanğınların 126-sı Yakutiyada, 50-si isə İrkutsk bölgələrindədir.
Mütəxəssislər iqlim dəyişikliyinə qarşı tədbir görməyin vacibliyini vurğulayırlar.