8 Avqust 2021 18:38
336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçən ay Türkiyədə son 51 ilin ən isti ikinci iyul ayı olaraq qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, artıq uzun illərdir Türkiyədə iyul ayında orta temperatur 24,5 dərəcə olaraq ölçülüb. Bu ilin eyni ayında isə havanın orta temperaturu 1,8 dərəcə artaraq 26,3 dərəcəyədək yüksəlib.

Qardaş ölkədə 1971-ci ildən bəri iyul ayı üzrə ən yüksək orta temperatur 2000-ci ildə qeydə alınıb. Son 51 ilin ən isti ikinci iyul ayı isə bu il müşahidə edilib.

Bu il iyulun 20-də isə qardaş ölkənin Şırnak vilayətinin Cizre rayonunda 49.1 dərəcə ilə Türkiyə tarixində ən yüksək temperatur qeydə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər