9 Avqust 2021 10:38
2 759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyadakı Əsəd ordusunun pilotu, polkovnik Həsən Həmadi ona verilən əmrdən imtina edərək, bomba yüklü təyyarə ilə İordaniyaya qaçıb.

Teleqraf.com xəbər verir ki, Həmadi tarixə düşən qərarından sonra ilk dəfə “Türkiyə” qəzetinə danışıb.

O qeyd edib ki, Suriyada ilk etirazlar başlayanda Dəməşqdəki bir hərbi bazada növbətçi olub:

“Heç vaxt unutmayacağam, 2012 -ci ildə bütün hava və quru qoşunlarına Bəşər Əsəddən bir əmr çatdırıldı. Əsəd bu təlimatında, “Əlinizdə silah-sursat – nə varsa, etirazçılara qarşı istifadə edin” əmrini verirdi. Yeganə qayğısı hakimiyyətini qorumaq idi. Bu məqsədlə bütün Suriyanı məhv etmək riskini də gözə almışdı.

O gündən etibarən qaçış planları qurmağa başladım. Əsədin əmri aydın idi. Ya qatil olmalıydım, ya ömür boyu bu günahımın əzabını çəkməliydim, ya da bütün təhlükələrə baxmayaraq qaçıb bu qırğında iştirak etməməliydim. Bu qarışıq durumda bir “Miq-21” təyyarəsi üçün kəşfiyyat uçuşu icazəsi aldım. Hava limanından qalxdım, bütün sistemi söndürüb İordaniyaya yollandım. O vaxt rejim və ya İordaniya tərəfindən vurula bilərdim. Amma əsas qorxum Əsəd qüvvələri tərəfindən diri -diri tutulma ehtimalı ilə bağlıydı.

İordaniyaya sağ-salamat endim. Həm İordaniya, həm də Suriya tərəfi təşvişə düşdü. İordaniya rəsmilərinə hər şeyi başa saldım. İki ay orada qaldım və sorğu-sual edildim. Mənimlə heç kim əlaqə saxlamadı. Bu vaxt ailəm Suriyada müxaliflərin nəzarət etdiyi bölgəyə köçmüşdü. Mən əvvəlcə İstanbula, sonra da müxalif bölgələrə keçid istədim.

Etdiyim şey qeyri-adi və tarixi bir davranış idi. O günün şərtlərində nə olacağını bilmirdim. İordaniya rəsmilərinin məni təhvil verəcəyindən də narahat deyildim. Amma belə bir durumda təslim olmazdım, lazım olsa intihar edərdim. Əsəd rejiminin bütün təzyiqlərinə və rüşvətinə baxmayaraq, İordaniya məni təhvil vermədi. İstanbula gəldim, sonra müxaliflərin bölgəsinə getdim. Türk qardaşlarımızla hələ də mübarizə aparırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər