12 Avqust 2021 08:45
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın Silahlı Qüvvələrinin bütöv ordu korpusu ölkənin şimalında eyniadlı əyalətin inzibati mərkəzi olan Kunduz şəhəri yaxınlığında "Taliban" hərəkatının döyüşçülərinə təslim olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Washington Post” bildirib.

Qəzet qeyd edib ki, söhbət yüzlərlə hərbçidən gedir. Əfqanıstanın Silahlı Qüvvələrinin iki zabitinin məlumatına görə, ordu korpusu bir neçə gün aeroporta yaxın Kunduz ətrafında hərbi bazada müqavimət göstərib, amma sonra kapitulyasiya elan edilib, hərbçilər silah və nəqliyyat vasitələri daxil olmaqla, zəruri avadanlıqları "taliblər"ə veriblər.

"The Washington Post" qəzetindəki mənbələr, təslim olmuş hərbçilərin "Taliban" tərəfindən başqa əraziyə aparıldığını və ordunun vilayəti tərk etməmək şərti ilə onlar üçün müdafiə təklif etdiyini vurğulayıb.

Kunduz əyalət şurasının üzvü, vilayətin təslim etməsinə qədər əyalətdən qaçmış Zarqul Aleminin sözlərinə görə, yerli ağsaqqallar komandirlərin yanına gəliblər və onlara ziyan vurmayacaqlarını söz vermiş “taliblər”ə təslim olmağı xahiş ediblər.

“Politico” nəşri isə ABŞ-ın Əfqanıstandakı səfirliyinin mümkün təxliyyəsi haqqında bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər