13 Avqust 2021 16:53
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Kastamonu, Bartın və Sinop vilayətləri təbii fəlakət bölgəsi elan edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə fəlakət bölgəsinə ziyarəti zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ölkə başçısı hazırda bir pilotsuz uçan aparat, 19 helikopter, çox sayda ağır texnika, Qızıl Aypara və ölkənin Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentinin (AFAD) əməkdaşları, eləcə də polis, jandarma, Türkiyə Silahlı Qüvvələrinin əsgərləri olmaqla ölkənin bütün imkanlarının seldən zərər çəkən ərazilərdə axtarış-xilasetmə işlərinə cəlb edildiyini vurğulayıb. Qeyd edilib ki, bölgədə çətin vəziyyətdə qalan əhalinin 95 faizi xilas edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər