14 Avqust 2021 09:49
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ kəşfiyyatı Talibanın Əfqanıstanın paytaxtı Kabili 3 gün və ya bir həftəyə mühasirəyə ala biləcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN Amerika kəşfiyyatına istinadən məlumat yayıb.

Məlumata görə, Talibanın ən qısa vaxtda Kabili mühasirəyə alacağı ilə bağlı yaranmış durum AB kəşfiyyatı tərəfindən müzakirə olunur.

Talibanın irəliləməsinə qarşı heç bir addım atmayan Co Bayden hökuməti yalnız Kabildəki səfirliyinin işçilərinin təxliyəsi barədə qərar verib. ABŞ -ın Kabildəki səfirliyinin əməkdaşlarına kritik durum yaranarsa, “bütün mühüm materialları məhv etmək” tapşırığı verilib.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi Kabil səfirliyindəki personalın təxliyəsi ilə əlaqədar 3000 Amerika hərbçisinin iştirak etdiyi əməliyyatın başladığını və ölkədəki hərbçilərinə hər hansı bir hücum olarsa cavab verəcəklərini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər