16 Avqust 2021 10:08
2 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taliban Kabildəki prezident sarayını ələ keçirdikdən sonra Əfqanıstanda müharibənin başa çatdığını elan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Talibanın sözçüsü Məhəmməd Naim açıqlama verib.

O, Talibanın təcrid olunmuş vəziyyətdə yaşamaq istəmədiyini söyləyib.

Naim hərəkatın şəriət qanunlarına əsasən qadın və azlıqların hüquqlarına və söz azadlığına hörmətlə yanaşılacağını bildirib.

“Bu gün əfqan xalqı və mücahidlər üçün böyük bir gündür. 20 ildir səylərinin və verdikləri qurbanlarının bəhrəsini gördülər. Allaha şükürlər olsun ki, ölkədə müharibə bitdi”, - Taliban sözçüsü qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər