Belçikada iqtisadi vəziyyətin stabilləşdirilməsi və inflyasiya indekslərinin azaldılması üçün hökumətin qəbul etdiyi yeni qərarlar etirazlara səbəb olub.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, liberal Çarlz Mişelin rəhbərlik etdiyi hökumət 2030-cu ilə qədər pensiya yaşının 67-ə yüksəlməsi, maaşların inflyasiya indekslərinə uyğun ölçülməsi, səhiyyə və müafiə sektorunda büdcə xərclərini azaltmaq üçün müvafiq qərarlar qəbul edib. Buna etiraz edən 120 min sakin Brüsseldə etiraz aksiyalarına başlayıb.
Bir qrup etirazçı şəhər mərkəzində Belçika Müəssisələr Federasiyasının binasına girib. Şəhər infrastrukturuna ciddi ziyan verən nümayişçilərə qarşı polis göz yaşardıcı qaz və təzyiqli sudan istifadə edib.
Etirazçılar tələblərin nəzərə alınmadığı təqdirdə ümumi tətil elan edəcəklərini bildirirlər.
Samir