16 Avqust 2021 17:01
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrov Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayevlə telefon danışığı zamanı rusdilli əhaliyə münasibətdə məişət millətçiliyi hallarını müzakirə edib.

Teleqraf.com xəbər verir ki, S.Lavrov ölkə hakimiyyətini bu kimi hadisələrə maksimum operativ cavab verməyə çağırıb.

Kazakbayev həmkarını əmin edib ki, Bişkek millətçiliyin istənilən təzahürünə qarşı çıxacaq və rus dilində danışan sakinlərin hüquqlarının qorunması naminə bu dilin rolunu gücləndirəcək.

Avqustun əvvəlində Qırğızıstanda bir kişi uşaq mərkəzinin əməkdaşı rus dilində danışdığı üçün ona hücum edib. Bu ilin iyun ayında isə doqquz yaşlı bir uşaq dzü-do seksiyasındakı həmyaşıdları tərəfindən döyülüb. Uşağın valideynlərinin dediyinə görə, buna səbəb dinlərarası fərq olub.


Müəllif: Səxavət

Oxşar xəbərlər