17 Avqust 2021 13:25
1 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstinin Həmas hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə Talibana təbrik ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Həmasın yaydığı açıqlamada bildirilib.

Həniyyə Talibanının siyasi ofisinin rəhbəri Molla Əbdülqani Bəradərə zəng edib.

O, Bəradəri Əfqanıstanda “Amerika işğalının məğlub olması” münasibətilə təbrik edib və ölkəyə birlik, güc və firavanlıq arzulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər