Gürcüstanda ötən sutkada koronavirusa 4 901 yeni yoluxma halı təsdiqlənib, 2 586 nəfər müalicə olunaraq sağalıb, 74 pasiyent vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 510 941 nəfərdə aşkarlanıb. Onların 442 956-sı sağalıb, 6 723-ü dünyasını dəyişib.