Əfqanıstanın qaçaq prezident Əşrəf Qaninin qardaşı Haşmat Ahmadzai Qaninin “Taliban”ı dəstəkləməsi məsələsi meydana çıxıb.
Teleqraf.com xəbər verir ki, yerli jurnalistlər Ahmadzai Qaninin “Taliban” lideri Xəlil Rəhman və dini alimi Müftü Məhəmməd Zakir ilə bir araya gəldiyini, onlarla bağlı olduğunu bildirib.
Yerli media bu görüşün fotosunu da yayıb.