ABŞ prezidenti Barak Obama dövlət katibinin müavini postuna köməkçisi Toni Blinkenin namizədliyini irəli sürüb.
Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən məlumatına görə, Blinken 2013-cü ildən etibarən prezidentin köməkçisi və dövlət başçısının milli təhlükəsizlik üzrə müşavirinin müavinidir.
Əvvəllər Toni Blinken həmçinin beynəlxalq münasibətlər üzrə Senat komitəsinin aparatına başçılıq edib, Bill Klintonun dövründə isə prezidentin xüsusi köməkçisi vəzifəsində çalışıb.