Tanzaniyanın paytaxtı Darüsselamda Fransa səfirliyinin yaxınlığında naməlum şəxs iki polis işçisini güllələyərək öldürüb.
Teleqraf.com xəbər verir ki, kişi polisə yaxın məsafədən atəş açaraq silahı götürüb və sonra havaya atəş açmağa başlayıb. Yaxınlıqdakı insanlar atəş səsindən sonra hadisə yerindən qaçıblar.
Daha sonra hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi saxlayaraq polis bölməsinə gətiriblər.
Hazırda onun şəxsiyyəti və cinayətin motivləri müəyyənləşdirilir.