Ağ ev yaxın günlərdə Əfqanıstanın paytaxtı Kabildə yeni terror aktının olacağı barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ağ Ev rəhbərliyi bu səbəbdən Əfqanıstan paytaxtının hava limanının müdafiəsi üzrə maksimal tədbirlərin görülməsini zəruri hesab edir.
Qeyd edilir ki, bu barədə ABŞ-ın dövlət başçısı və vitse-prezidenti Kamala Harrisə hərbçilərin və diplomatların yer aldığı milli təhlükəsizlik komandası məlumat verib.