Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 245 nəfər vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 290 186 nəfər test edilib, 17 912 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 12 175 nəfər sağalıb.