29 Avqust 2021 23:19
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmənin cənubundakı Lahic şəhərində yerləşən Əl-Aned hərbi bazasına raket hücumu olub.

Teleqraf.com xəbər verir ki, hücum nəticəsində 40 hərbçi həyatını itirib, 60-dan çoxu yaralanıb.

Yaralılardan bəzilərinin vəziyyəti ağırdır, bu baxımdan ölü sayının artacağı istisna edilmir.

Həlak olanlrın meyitləri xəstəxanalara aparılıb. Onların bəziləri tanınmaz hala düşüb.

Hücumu hələlik heç kim üzərinə götürməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər