2 Sentyabr 2021 15:25
1 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əhməd Məsudla aparılan danışıqlar uğursuzluqla nəticələnib”.

Teleqraf.com xəbər verir ki, bunu Qətərin “Əl-Cəzirə” televiziya kanalına danışan Taliban rəsmisi bildirib.

Taliban nümayəndəsi əlavə edib ki, bu səbəbdən də Əfqanıstanda nəzarətdən kənarda qalan yeganə vilayətə-Pencşirə qarşı hərbi əməliyyatların başladılması haqqında qərar verilib.

Qeyd edək ki, Pencşirdə Əhməd Məsudla aparılan danışıqların uğursuz nəticələnə biləcəyini nəzərə alan Taliban öncədən həmin əraziyə çox sayda döyüşçü göndərib.


Müəllif: Cavad

Oxşar xəbərlər