3 Sentyabr 2021 21:55
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın keçmiş vitse-prezidenti Əmirulla Saleh Pəncşir əyalətini tərk edərək Tacikistana yola düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Kabildəki mənbə cümə günü TASS-a telefonla bildirib.

Qeyd edək ki, "Taliban" Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra özünü müvəqqəti prezident elan edən Saleh "Taliban"a tabe olmayan şimaldakı Pəncşir əyalətinə sığınmışdı.

Hazırda Pəncşirdə vəziyyət olduqca çətindir. "Taliban" bölgəni dörd tərəfdən mühasirəyə alaraq əyalətin internetə və elektrikə çıxışını əngəlləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər