İsrail hüquq-mühafizə orqanları ötən gecə həbsxanadan tunel qazaraq qaçan 6 fələstinli məhkumu axtarır.
Teleqraf.com-un məlumatına göə, İsrailin Həbsxanalar Departamenti təsdiq edib ki, ölkənin Gilboa həbsxanasından 6 fələstinli məhkum tunel qazaraq qaçıb.
Məlumata görə, İsrail həbsxanasından qaçanlar El-Aska Şəhidləri şəbəkəsinin aparıcı fiquru Zekeriye ez-Zebidi və İslam Cihad şəbəkəsinin üzvlərindən Yaqub Mufeyat , Məhəmməd Qasın es-Arıda, Yaqub Mahmud Kadrı, Eyhem Fuad Kemamçı və Mahmud Abdulla el-Arıdadır.
Məhkumlar həbsxanada birgə qaldıqları otaqdan 10 metrlik tunel qazaraq müəssisəsini tərk etməyə müvəffəq olublar.
İsrail bölgəyə çox sayda polis və xüsusi xidmət orqanlarının əməkdaşlarını cəlb edib.
Qeyd edək ki, həbsxanadan qaçanlar ömürlük həbs cəzasına məhkum edilən şəxslərdir.