Kanadanın Baş naziri Justin Trudeau Ontraio əyalətində seçicilər tərəfindən daşqalaq edilib.
Teleqraf.com xəbər verir ki, baş nazir əyalətə sentyabrın 20-də keçiriləcək federal seçkilərlə bağlı kampaniya aparmaq üçün gedib.
Məlumata görə, seçki kampaniyası fəaliyyətinin ardınca avtobusa yaxınlaşan baş nazirin avtomoobilinə daş atılıb.
Baş nazir avtobusun ətrafını əhatəyə alan hirsli seçicilərlə mübahisə də edib. Etirazçı seçicilərə cavab verməyə çalışarkən baş nazirə daş atılıb.
Mühafizəçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşlarından qurulan dəhliz vasitəsilə Justin Trudeau ərazidən uzalaşa bilib.