8 Sentyabr 2021 22:39
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanda 6 müxalifət partiyası 10 ildir hakimiyyətdə olan Baş nazir Viktor Orbanı hakimiyyətdən uzaqlaşdırmaq barədə razılığa gəlib.

Teleqraf.com xəbər verir ki, Macarıstandakı müxalifət partiyaları gələn il keçiriləcək seçkilərdə baş naziri məğlub etmək üçün vahid namizəd irəli sürməyə razılıq veriblər.

2010-cu ildən bəri baş nazir kürsüsündə olan Orban ardıcıl üç seçkidə qalib gəlib.

Orbanla rəqabət aparacaq namizədi müəyyən etmək üçün müxalifət partiyalarının biri bu ayın sonunda, digəri isə oktyabrda olmaqla iki turlu namizəd yoxlanışı keçirəcək.

Bütün müxalifət partiyaları 2022-ci ildə keçiriləcək seçkilərdə Orbana qarşı mübarizə aparacaq vahid namizədi dəstəkləyəcək.
Yerli mətbuat indiyədək ölkə tarixində belə halın baş vermədiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər