8 Sentyabr 2021 21:39
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk dronlarını daim gündəmdə saxlayan Yunanıstan mətbuatı Türkiyənin Aralıq dənizinin şərqinə tam nəzarəti ələ keçirməyə çox yaxın olduğunu yazıb.

Teleqraf.com xəbər verir ki, “Akıncı” və “Aksungur” dronlarına diqqət çəkən yunan mətbuatı Türkiyə dronlarının daşıdığı bütün silahların yerli istehsal olduğunu bildirib.

Məlumatlarda yerli məhsulların Türkiyəyə müdafiə sahəsində tam müstəqillik qazandırdığı deyilib.

“Bunun əldə edilməsi üçün təbii ki, yerli müdafiə sənayesində koordinasiyalı iş və əlbəttə böyük vəsait xərcləmək lazımdır”.

Yunan mənbələrinin iddiasına görə, Türkiyə operativ səviyyədə Aralıq dənizinin şərqinə tam nəzarəti ələ keçirməyə çox yaxındır.
Türkiyə ilə mümkün qarşıdurmada Yunanıstanın döyüş təyyarələrinin “S-400” təhlükəsi səbəbiylə də, Egey dənizinin şərq sahillərinə yaxınlaşma gücünə malik olmayacağı bildirilib.

“Bu gün Türkiyə Egeyin şərq və Çanaqqala boğazından Kiprə qədər olan sahilləri Yunanıstanın müdafiə sistemləri üçün əlçatmaz duruma gətirməyə çox yaxındır. Türkiyə bu hədəfə çatmaq üçün sistemli, səbirlə və qətiyyətlə çalışır”, - məlumatda qeyd edilib.
Yunanıstanın Türkiyənin bu addımlarına qarşı heç bir şey etmədiyi bildirilsə də, Hərbi Hava Qüvvələrinin arsenalının dərhal yenilənməsinin lazım olduğu deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər