“Kabili ələ keçirilməzdən əvvəl Talibanın keçmiş düşmənləri ona qarşı mövqe tutmağa başlamışdılar. Onların başında Rusiya və İran gəlirdi”.
Teleqraf.com xəbər verir ki, bunu türk siyasi ekspert Taha Dağlı deyib.
Onun sözlərinə görə, hər iki ölkə hakimiyyəti ələ keçirməmişdən əvvəl paytaxtlarında Taliban nümayəndə heyətini qəbul edib:
“Rusiya və İran üçün Talibanla görüşmək zərurət hesab edilə bilər. Rusiya təkcə görüşmədi, eyni zamanda Tacikistan və Özbəkistanın Əfqanıstanla sərhədlərində hərbi qüvvə yerləşdirdi və təlimlərə başladı. Rusiya ehtiyat tədbirləri görməklə yanaşı, Talibanla əlaqələrini mümkün qədər açıq saxlayaraq sabah nə olacağını gözləyir.
İran da eyni strategiya ilə hərəkətə keçdi, Talibanla təmas saxladı. Ancaq bu nöqtədə İran Talibanla birlikdə Pakistanı təhdid kimi qəbul etməyə başlayıb. Bir sözlə, İran və Rusiya Talibanla eyni fikirdədir.
Rusiyanın Əfqanıstanla heç bir sərhədi yoxdur, İranın isə Talibanın hakimiyyətdə olduğu Əfqanıstanla yanaşı, Pakistanla da sərhədləri var. Bu səbəbdən hazırda Rusiya üçün bəlli olmayan təhdid İran üçün mövcuddur. Xüsusilə Pəncşirdə baş verənlər İranı çox narahat edir. İran Pakistanın Pəncşirdə Talibana hava dəstəyi verməsinə reaksiya göstərib”.
Taha Dağlı qeyd edib ki, Pakistanın Talibanı dəstəkləməsi İranı ciddi şəkildə təlaşlandırır:
“Üstəgəl, Pəncşirdə İranın dəstəklədiyi qüvvələrin Talibana məğlub olması Tehranın səsinin bir qədər də artmasına səbəb olub. İranın burada ciddi dayaqları vardı, amma indi Pəncşir Talibanın əlindədir. Şiələrə aşura mərasimləri keçirilməsinə icacə verilsə də, bunlar Taliban tərəfindən çəkilən təhlükəsizlik dairəsində keçirildi. Bir sözlə, Taliban İrana mesaj verdi ki, hər şey mənim təyin etdiyim ölçüdə olmalıdır.
İran bilir ki, indi atacağı aqressiv addım daha böyük problemlərə səbəb ola bilər. Talibanın hakimiyyətdə olmadığı illərdə Qasım Süleymani və İsmayıl Qani kimi oyunçular Əfqanıstandakı şiələrdən silahlı qruplaşmalar quraraq Suriyaya apardılar. “Fatimilər” briqadası onların önündə gedir. Bu İran üçün bir kart idi. Ancaq bu anda belə bir kartdan istifadə etmək mümkün deyil”.
Ekspert Əfqanıstanın İran üçün Suriya, İraq və Yəmən olmadığını vurğulayıb: “Bu səbəbdən Taliban əleyhinə hər hansı müdaxilənin nəzərdən keçirilmir. Bu cür təcavüzkar addım İranın özünə baha başa gələcək”.