ABŞ-ın vitse-prezidenti Co Bayden İsraillə Birləşmiş Ştatlar arasında soyuqluq olması barədə fikirləri təkzib edib.
Musavat.com-un məlumatına görə, Merilend ştatında Yəhudi Federasiyalarının Baş Assambleyasında çıxış edən Bayden Amerika ilə İsrailin münasibətlərini iki nəfərin sevgisi ilə müqayisə edib: “Biz bir-birimizi sevirik, ancaq daim biri-birimizi dəli edirik”.
“Əgər İsrail mövcud olmasaydı, ABŞ onu uydurardı. Biz heç vaxt öz istəyimizlə İsraildən imtina etməyəcəyik” - vitse-prezident əlavə edib və bununla da Birləşmiş Ştatların yəhudi dövlətinə sədaqətini diqqətə çatdırmağa çalışıb.