12 Sentyabr 2021 21:02
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya hakimiyyəti İngiltərədə gecə klublarına və böyük tədbirlərə daxil olmaq hüququ verən peyvənd pasportlarını tətbiq etməkdən imtina edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Böyük Britaniyanın Səhiyyə naziri Sacid Cavid bildirib.

Nazir vurğulayıb: "Sadəcə pasportlar olsun deyə həmin vaksin pasportları tətbiq etməməliyik. Bu planların ləğv edildiyini bildirməkdən məmnunam".

Qeyd edək ki, İngiltərədə vaksin pasportlarının tətbiqi planı ayın sonunda qüvvəyə minməli idi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər