13 Sentyabr 2021 10:56
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Baydenin təlimatı ilə 11 sentyabr terror aktına dair bəzi məxfi məlumatlar hadisənin 20-ci ilində ictimaiyyətə açıqlanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 2016-cı ilə aid olan bir dosyeni ABŞ xalqına təqdim edib.

Açıqlanan məxfi qeydlərdə 11 sentyabrda hava hücumu həyata keçirən şəxslərdən ikisinə Səudiyyə Ərəbistanı vətəndaşının köməklik göstərdiyi ortaya çıxır. Sənədlərdə Ömər el-Bayumi adlı Səudiyyə Ərəbistanı vətəndaşının kəşfiyyat agenti olduğundan bəhs edilib. Los-Angelesdə tələbə olan Ömər 11 sentyabrda hava hücumu təşkil edən iki pilotun ABŞ-a səyahətinə, qalmasına və maliyyə işlərinin həllinə köməklik edib.

Qeyd edək ki, sənəddə Ömər el-Bayuminin taleyi haqqında informasiya verilmir.

O da bildirilir ki, 11 sentyabr terror aktına dair ABŞ-ın xüsusi xidmət orqanlarında kifayət qədər məxfi informasiyalar var. Onların nə zaman açıqlanacağıı hələlik bilinmir.


Müəllif: Cavad

Oxşar xəbərlər