Rusiya təyyarəsinin Yaponiyanın hava sahəsini pozması səbəbindən rəsmi Tokio Moskvaya sərt şəkildə etiraz edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Kato Katsunobunun açıqlamasında bildirilib.
O, Rusiya təyyarəsinin Hokkaydo şəhərində etdiyi pozuntuya sərt reaksiya verib.
Rus təyyarəsinin hava məkanını pozmasına şiddətlə etiraz etdiklərini deyən Kato Katsunobu Moskvanı bunu bir daha təkrarlamamağa çağırıb.
Rusiyaya etiraz notası verdiklərini qeyd edən baş katib Tokionun hava məkanının pozulmasının səbəbini təhlil etdiyini söyləyib.
Yaponiya Müdafiə Nazirliyi Rusiya təyyarəsinin sentyabrın 12-də Şiretoko yarımadasında iki dəfə hava məkanını pozduğunu açıqlayıb. “Antonov An-26” model Rusiya təyyarəsinin Yaponiya qırıcılarının hava qalxmasından sonra bölgədən uzaqlaşdığı qeyd edilib.