Misirdə qüvvəyə minən yeni senzura ilə hökumət istənilən kitabın oxunmasını cinayət hesab edə bilər.
Teleqraf.com xəbər verir ki, yeni qərar təkcə satıcını yox, oxucunun da cəzalandırılmasını nəzərdə tutur.
Əbdülfəttah əl-Sisinin çevrilişlə hakimiyyətə gəlməsindən sonra xüsusən Müsəlman Qardaşlarına məxsus kitablar başda olmaqla, rejimə qarşı təhlükə olaraq görülən dini nəşrlərə tətbiq olunan senzuranın daha sistemli hala gətiriləcəyi açıqlanmışdı. Artıq sistemli senzuranın başladığı ölkədə kitab satmaqla yanaşı, oxumaq da rəsmi olaraq cinayət sayılmağa, 103 milyon misirli buna görə təhlükəsizlik orqanları tərəfindən yoxlanmağa başlayıb.
İnsanların hansı kitablara görə məsuliyyətə cəlb ediləcəkləri isə açıqlanmayıb.
Məlumata görə, Sisinin kitab senzurasının əsas hədəfi Müsəlman Qardaşların nəşrləridir.
Amma Misirdə polis və məhkəmələr istədikləri dini kitabı satan və oxuyanları cinayətkar kimi mühakimə edə bilərlər.