16 Sentyabr 2021 15:03
1 424
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatının Afrika Böyük Səhrasındakı lideri Adnan Əbu Valid əl-Səhrayi Fransa hərbi qüvvələri tərəfindən öldürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Tvitter hesabında yazıb.

O, bunun Fransanın Sahel bölgəsindəki terrorçu qruplaşmalara qarşı mübarizəsinin uğuru olduğunu deyib.

“Bu mübarizəni afrikalı, avropalı və amerikalı tərəfdaşlarımızla davam etdirəcəyik”, - Makron qeyd edib.

Fransa Müdafiə naziri Florens Perli də İŞİD-in Saheldəki bir nömrəli şəxsinin bölgədəki fransız qüvvələri tərəfindən öldürüldüyünü və bunun uzunmüddətli axtarışların nəticəsi olduğunu deyib.

Səhrayinin rəhbərlik etdiyi Böyük Sahra-İŞİD adı ilə tanınan təşkilat Mali, Nigeriya və Burkina Faso da daxil olmaqla üç ölkənin sərhəd bölgəsindəki son terror aktlarından məsuliyyət daşıyır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər