Türkiyə terrorla mübarizədə əhəmiyyətli bir nöqtəyə çatdı. Ölkə daxilindəki terrorçuların sayı bu gecədən etibarən 197-yə endi.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Daxili İşlər naziri Süleyman Soylu deyib.
İlk dəfə olaraq terrorçu sayının 200-dən aşağı düşdüyünü vurğulayan Soylu bildirib: "Terrorçulardan azad edilən Türkiyə sülhsevər Türkiyədir".