Sentyabrın 17-dən 19-dək Rusiyada müxtəlif səviyyəli seçkilər keçirilir.
Teleqraf.com xəbər verir ki, ölkə vətəndaşları VIII çağırış Dövlət Dumasının deputatlarını, doqquz subyektin rəhbərini (digər üç bölgədə ən yüksək inzibati şəxsləri qanunverici məclislərin deputatları seçəcək) və 39 regional parlamenti seçməli olacaqlar.
Bu günlərdə bələdiyyə seçkiləri də keçirilir.
Əsas səsvermə günü sentyabrın 19-na təyin edilib.