20 Sentyabr 2021 00:38
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Partlayış Əfqanıstanın Nanqarhar əyalətinin Şerzad rayonunda baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə "TOLO News" telekanalı məlumat yayıb.

Məlumata əsasən, partlayış nəticəsində iki nəfər həlak olub.

Xatırladaq ki, ötən gün Əfqanıstanın "Şəmşəd" televiziya kanalı Nanqarharın inzibati mərkəzi Cəlalabad şəhərinndə minalanan yüklü avtomobilin partladılması nəticəsində ən az 3 adamın öldüyünü və 18 adamın yaralandığını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər